TƏBİB-in tabeliyinə verilən tibb müəssisələri üçün cərrahi sap alınır - 572 minlik müqavilə
8 Yanvar 10:38 Sosialİnnovasiya və Təchizat Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Olaylar.az xəbər verir ki, tender "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş cərrahi sapların satın alınması ilə bağlı idi.
Tenderin qalibi "Paşa-K" firması olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 572 min 327 manatdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31