Xəzərdə suitilərin kütləvi ölümünün səbəbi bilindi
7 Yanvar 2025 10:02 SosialQazaxıstanın Manqistau vilayətində, Xəzər dənizi sahilində suitilərin ölümünün səbəbi virus neyroinfeksiyası olub.
Bu barədə Mikrobiologiya və Virusologiya Elmi Mərkəzinin laboratoriya müdiri Aydın Kıdırmanov bildirib.
Mütəxəssislərin apardığı molekulyar-genetik analiz suitilərin beyin və ağciyər toxumalarında yeni virus xəstəliyinin olduğunu göstərib.
"Heyvanların beynində virusun aşkar edilməsi bunun xəstəliyin yeganə səbəbi olduğunu sübut edir", - deyə A.Kıdırmanov bildirib.
Onun sözlərinə görə, bu virus infeksiyası immun çatışmazlığı fonunda inkişaf edir və kifayət qədər öyrənilməmiş xəstəlikdir.
2024-cü ilin oktyabr-noyabr aylarında Qazaxıstanın Manqistau vilayətinin Tupkaraqan və Karakiyan rayonlarının sahillərində təxminən 2 min ölü suiti aşkar edilib. (Unikal)