Heydər Əliyev Hava Limanından Varşavaya uçuş ləğv edildi - TEXNİKİ NASAZLIQ

05 yanvar 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan Varşavaya Polish Airlines aviaşirkətinin həyata keçirməli olduğu LOT-722 reysi təyyarədə yaranmış texniki nasazlıq səbəbilə ləğv edilmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportundan  verilən məlumata görə, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə, aviaşirkət tərəfindən alternativ təyyarə göndəriləcəkdir.

Sərnişinlər uçuşun yeni vaxtı barədə məlumatlandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31