Bu gün Günəş rekord yaxın məsafədən görünəcək

Bu gün Yer Günəşə ən yaxın məsafəyə qədər yaxınlaşacaq və bunun hesabına insanlar 2025-ci ildə ən iri günəş diskini müşahidə edə biləcək.

Milli.Az xəbər verir ki, bu barədə Moskva planetariumunun saytında məlumat yayılıb.

"Yanvarın 4-də Yer perihelidə Günəşdən ən yaxın məsafədədir, bu bizim 2025-ci ildə Günəşin ən böyük diskini müşahidə etməyimizə imkan verəcək",- məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, yanvarın 16-da Mars qarşıdurması adlanan kosmik hadisə baş verəcək. Həmin gündə insanlar "qırmızı planeti" ən yaxın məsafədən görə biləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31