"Kia" avtomobillərində ciddi təhlükələr AŞKARLANDI
1 Yanvar 16:27 SosialCənubi Koreyanın "Kia" şirkəti 2024-cü il aprelin 2-dən oktyabrın 17-dək istehsal olunmuş 1385 "Sorento" avtomobilini təmir üçün geri çağıracaq.
Bu barədə carscoops.com məlumat yayıb.
Qeyd olunur ki, geri çağırma kampaniyası yanacaq xəttindəki zavod qüsuru ilə bağlıdır. "Kia" bildirib ki, öndən toqquşma zamanı krossoverin ön alt çərçivəsi geriyə doğru hərəkət edə bilər. Bu, sükan çarxının yanacaq xəttinə doğru hərəkət etməsinə, potensial olaraq zədələnməsinə və yanacaq sızmasına və sonradan avtomobilin yanmasına səbəb olacaq.
Yanvarın əvvəlində avtomobil sahiblərinə geri çağırma barədə məlumat veriləcək. Nəşr bildirir ki, onlar avtomobillərini ən qısa zamanda təmir üçün "Kia" dilerinə gətirməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31