Bu ərazidə işıq olmayacaq
29 Dekabr 2024 11:02 SosialBu gün Lənkəran şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə Olaylar.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsində 10 kV-luq elektrik xəttində aparılan təmir işləri ilə əlaqədar dekabrın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Saat 10:00-dan saat 14:00-dək şəhərin 20 Yanvar, Mirsalayev, Şəkər Aslan, Müzəffər Nəsirli, Hacılar, Elnur Talıbov, Şeyx Zahid küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31