Əmək müqavilələrində artım qeydə alınıb
28 Dekabr 2024 15:51 SosialBu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda əmək müqavilələrinin sayı bir il əvvələ nisbətən 75 min və ya 4 faiz artaraq 1 mln. 884 min 109-a çatıb.
Bu barədə Olaylar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artıma imkan yaradıb.
Cari ilin 11 ayında əməkhaqqı fondunda daha 9 faiz artım qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31