Deputat yubiley medalı ilə təltif edilib

Milli Məclisin deputatı Mahir Süleymanlı yubiley madalı ilə təltif edilib. Olaylar xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib:
"Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)"  yubiley medalı ilə təltif edildim. Bu yüksək dəyərə görə Agentliyin sədri Vüqar Süleymanova dərin təşəkkürümü bildirirəm.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın minalardan təmizlənməsi və bu torpaqların yenidən qurulması istiqamətində həyata keçirilən işlər, həm təhlükəsiz gələcəyimizin təminatı, həm də Qarabağın dirçəlişi baxımından tarixi əhəmiyyətə malikdir.
Belə bir tarixi missiyanın bir parçası olmaq mənim üçün qürur mənbəyidir.
Bundan sonra da Qarabağın tam bərpası və firavan gələcəyi  yolunda əlimizdən gələni əsirgəməyəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31