Elnarə Akimova şəhid İlkin Məmmədzadənin ailəsini ziyarət etdi

46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova   Sumqayıt şəhərinin Tuq zavod ərazisində yaşayan, 44 günlük Vətən Müharibəsində şəhid olmuş baş leytenant Məmmədzadə İlkin Əzizağa oğlunun ailəsini ziyarət edib.
Ziyarət zamanı  millət vəkili Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında vətən oğullarının misilsiz qəhrəmanlığından söhbət açıb. Eyni zamanda, ailənin problemləri, ehtiyacları və dövlətin onlara göstərdiyi dəstək haqqında məlumat alıb. Şəhidlərin əziz xatirəsinin əbədi olaraq xalqımızın qəlbində daim yaşayacağını, onların qəhrəmanlıqlarının isə hər zaman qürur mənbəyi olacağını vurğulayıb. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə ailə üzvlərinə səmimi təbriklərini çatdıran deputat Elnarə Akimova, şəhid ailələrinin qayğılarının daim diqqətdə saxlanıldığını və dövlətimizin bu qəhrəman ailələrə hər zaman dəstək verdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31