Audiovizual Şuranın elan etdiyi iki müsabiqəyə sənəd qəbulu başa çatıb
27 Dekabr 13:00 SosialÜmumölkə yerüstü radio yayımçısı lisenziyalarının verilməsi üçün Audiovizual Şuranın bu il noyabrın 7-si 38/24-17 və 39/24-17 nömrəli qərarları ilə noyabrın 18-dən elan etdiyi 2 müsabiqə üzrə sənəd qəbulu başa çatıb.
Şuradan AZƏRTAC-a bildirilib ki, hər bir müsabiqə üzrə Audiovizual Şuraya sənədlərini təqdim etmiş ərizəçilər aşağıdakılardır:
Birinci müsabiqə üzrə:
(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayım aparılacaq radiotezlik 88.7 MHs)
"Pro Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Planet FM")
"Broadcast Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Dalğa FM")
Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")
"Balans Studiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "ANS ÇM")
İkinci müsabiqə üzrə:
(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayım aparılacaq radiotezlik 92.5 MHs)
"Pro Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Planet FM")
"Broadcast Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Dalğa FM")
Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")
"Üçbucaq Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Gənc FM")
Qeyd olunub ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən təqdim olunmuş sənədlərə növbəti 10 iş günü müddətində Audiovizual Şura tərəfindən baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina olunmaları barədə qərarlar qəbul ediləcək.