Aktauda təyyarənin qəzaya uğradığı ərazidən daha bir "qara qutu" tapılıb

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı ərazidən daha bir "qara qutu" tapılıb.

Olaylar.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev deyib.

"İki "qara qutu" tapılıb və Hava Qəzalarının Təhqiqat İdarəsinə təhvil veriləcək. Və sonra nəzərdən keçiriləcək", - o bildirib.

O həmçinin qəza yerində aparılan işlərdən də danışıb.

"Zərərçəkmişlərin və yerüstü xidmət işçilərinin dindirilməsini apardıq. Bütün şahidləri də müəyyən edirik. Dispetçerlərlə ekipaj arasında danışıqlarının yazısı da götürülüb. Tamamlanma mərhələsində hadisə yerinə baxış 4 min kvadratmetrdən çox ərazini əhatə edir. Polis qüvvələri ərazinin təhlükəsizliyini təmin edir", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31