Akademik: “Dad gücləndiricilər və əlavələr düzgün dozada zərərli deyil” - ÖZƏL
25 Dekabr 16:53 SosialRusiya Elmlər Akademiyasının akademiki, epidemioloq Genadi Onişenko qida məhsullarında istifadə olunan dad gücləndiricilər və əlavələrin zərərli olmadığını bildirib.
Olaylar.az xəbər verir ki, NEWS.ru-ya müsahibəsində Onişenko, məhsulun resepturasına uyğun icazə verilən əlavələrin, o cümlədən "E" qrupuna aid olanların, təhlükəsiz olduğunu qeyd edib.
"Hazırda çoxlu sayda qida əlavəsi var, bunlar "E" qrupuna və digər kateqoriyalara daxildir. Əgər resepturaya uyğun daxil edilibsə və həmin məhsulda bu reseptura qorunubsa, bu əlavələri qəbul etmək olar," - deyə akademik vurğulayıb.
Bununla yanaşı, Onişenko əlavələr barədə zaman-zaman yeni məlumatların ortaya çıxdığını, lakin təhlükəli halların nadir hallarda baş verdiyini bildirib.
Akademik xüsusilə uşaqların belə qidalara asılılıq yaratmasının və böyüklərin bunu nəzarətsiz qoymasının narahatlıq doğurduğunu qeyd edib. O, Rusiyada piylənmə probleminə diqqət çəkərək, bunun bəzi hallarda endokrin sistemdə dəyişikliklərə səbəb ola biləcəyini əlavə edib.
"Əlavələr, əgər məhsulda varsa və onlar icazəlidirsə, bu normaldır. Lakin onların təhlükəli olduğu aşkarlanarsa, bu barədə dərhal məlumat verərək məhsuldan çıxarılması üçün tədbirlər görəcəyik," - deyə Onişenko yekunlaşdırıb.