Azad olunan ərazilərdə yerləşən tibb müəssisələri TƏBİB-in tabeliyinə veriləcək
12:49 Sosialİşğaldan azad olunan ərazilərdə yerləşən tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi üçün işlər görülür.
Olaylar xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, həmin ərazilərdə yerləşən tibb müəssisələri tabeliyimizə verildikdən sonra onların təmiri və yenidən qurulması istiqamətində müvafiq işlər görüləcək:
"Hansı ərazilərə köç təşkil olunacaqsa, həmin ərazilərdə tibb müəssisələri tikilib istifadəyə veriləcək.
Bu müəssisələrdə orada doğulub, böyümüş şəxslərin fəaliyyət göstərməsinə şərait yaradılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31