Gələn ildən regionlarda Almaniyadan gələn həkimlər fəaliyyətə başlayacaq - TƏBİB
12:35 Sosial200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq, Azərbaycanda fəaliyyət göstərməyə başlayıb.
Olaylar xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, gələn il ərzində xaricdən ölkəmizə qayıdan həkimlərin sayında artım olacaq:
"Mütəmadi olaraq xaricdə olan həkimlərlə əlaqədəyik. Biz Almanyada yaşayan bir qrup həkimin ölkəyə gətirilməsi ilə bağlı pilot layihə həyata keçirəcəyik. Həkimlərlə danışıqlarımız olub. Onlar da bizə kifayət qədər dəstək olur. Gələn ildən ehtibarən regionlarda Almaniyadan gələn həkimlərin fəaliyyətə başlaması nəzərdə tutulur", - deyə o əlavə edib.