Ambulansların avtobus zolaqlarına daxil olması ilə bağlı razılıq əldə edilib - RƏSMİ

Ambulansların avtobus zolaqlarına daxil olması ilə bağlı razılıq əldə edilib.

Olaylar xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, təcili tibbi yardım maşınlarının avtobus zolaqlarına daxil olması üçün müvafiq qurumlarla razılıq əldə edilib.

"Əsas məsələ odur ki, vətəndaşlar ambulansların həmin yollara çıxmasına icazə versinlər.

Yalnız içində xəstə olan ambulanslar səs gücləndiricilərdən və işıqlardan istifadə edə bilər. Əks halda bu qadağandır", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31