Sabah Azərbaycana qış gəlir - Bu saatda...
20 Dekabr 2024 14:34 SosialSabah Azərbaycana saat 13:20:30-da qış fəsli daxil olacaq.
Olaylar xəbər verir ki, bu barədə məlumatı Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası açıqlayıb.
Məlumata görə, 2024-cü ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 13:20:30-da daxil olacaq:
Mövsümüdür, dərdlərin dərmanı NAR - Amma bu insanlar qəti yeməsin - ARAŞDIRMA
Bakıya güclü leysan, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
Polis 500-dən çox ailəni birləşdirdi - Təsirli HEKAYƏ
"Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq".