Məktəb müəllimlərinin orta aylıq maaşı açıqlandı
20 Dekabr 2024 11:11 SosialBakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1000 manata yaxındır.
Olaylar xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, 2024-cü təqvim ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 527 manat təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31