Bakının Nizami rayonu, Marat Əmirxanov küçəsinə zəhərli kimyəvi tullantıların axıdıldığı iddia edilir.
Sakinlər deyirlər ki, tullantıların kəskin qoxus onları çətin vəziyyətə salıb. Onlar bu vəziyyətin 2 aydan çoxdur ki, davam etdiyini bildirilər.
Sakinlər sözügedən kimyəvi tullantıların axıdıldığı ehtimal edilən zavoda da müraciət ediblər. Müəssisədən isə bildirilib ki, həmin çirkabın axdığı boru həmin zavodun balansında deyil.
Problemlə bağlı Azərbaycan Dövlət Neft Şirkəti ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, zavodun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində yeni çirkab suların təmizlənməsi qurğusu istismara verildikdən sonra ərazidə köhnə analoji qurğuların istismarı dayandırılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.