“Media Savadlılığı” Həftəsi çərçivəsində TOT təlimi keçilib
19:09 Sosial16-22 dekabr tarixlərini əhatə edən "Media Savadlılığı" Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT təlimi keçirilib.
Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin prorektoru Nozima Muratova və Buxarest Universitetinin Jurnalistika fakültəsinin dekanı Bogdan Oprea tərəfindən interaktiv dərslər və praktik məşğələlər həyata keçirilib, iştirakçılara media savadlılığı, rəqəmsal kommunikasiya və müasir media texnologiyalarının tətbiqi ilə bağlı ətraflı məlumatlar verilib.
Qeyd edək ki, təlimin təşkilində əsas məqsəd tədris prosesində effektiv və müasir yanaşmaların tətbiqinin təmini, akademik heyətin media və kommunikasiya sahələrindəki ən son trendlərdən, innovasiyalardan, eyni zamanda, texnoloji yeniliklərlərdən xəbərdar edilməsi, media savadlılığı istiqamətində biliklərinin artırılmasından ibarət olub.
1 / 9