Bakıya qar yağacaq: bu saatdan...
18 Dekabr 2024 11:31 SosialAzərbaycanda bu gün bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir.
Bu barədə Olaylar-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31