Pensiyaçılara 232 manat, uşaqlara 246 manat - Yeni QANUN
16 Dekabr 2024 11:47 SosialGələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 285 manat götürüləcək.
Olaylar xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrində əksini tapıb.
Yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan 285 manata qaldırılır.
2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31