Məişət zorakılığı barədə şikayətə hansı orqan tərəfindən baxılır?- ÖZƏL

Bəzi hallarda məişət zorakılığına məruz qalan şəxslər hara müraciət etmələri ilə bağlı problemlə üzləşir. Bəs, məişət zorakılığı barədə şikayətlərə hansı dövlət orqanları tərəfindən baxılır? "Olaylar" xəbər verir ki, məişət zorakılığı ilə bağlı şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumat varsa cinayət təqibini həyata keçirən orqanlar tərəfindən baxılır. Şikayətdə cinayət tərkibinin əlamətləri yoxdursa yerli icra hakimiyyəti orqanları tərəfindən baxılır.
Dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, qəyyumluq və himayə orqanları, təhsil və səhiyyə müəssisələri, yardım mərkəzləri xidməti vəzifələrinin həyata keçirilməsi zamanı məişət zorakılığının törədilməsi barədə aldığı şikayətləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər.
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31