Bakıda 200-dən çox qəzalı bina müəyyənləşdirilib - Anar Quliyev

Əhalinin müraciəti əsasında binaların əvvəlki vaxtlarda müayinəsi aparılıb.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin rəyi ilə 200-dən çox ünvan müəyyənləşdirilib, 7000 mindən çox mənzil təhlil olunub.

"Bununla bağlı həm özəl sahibkarların, tikinti şirkətlərinin investor kimi cəlb olunması, həm də dövlət vəsaiti hesabına qəzalılığın aradan qaldırılması nəzərdə tutulub", - deyə o bildirib.

Xəbər yenilənəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31