Deputat orta məktəbdə dərslərin necə keçirilməsi ilə maraqlanıb ÖZƏL
12 Dekabr 2024 10:21 SosialMillət vəkili Sahib Alıyev Ağdaş rayonunda seçicilərlə görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Ağdaşın Şıxlı və Aşağı Zeynəddin kəndində seçicilərlə görüşdüm. Yaxşı təhsil ənənəsi ilə tanınan və əsaslı təmirə ehtiyacı olan Şıxlı kənd tam orta məktəbində bir neçə sinifə baş çəkərək dərslərin necə keçirilməsi ilə də maraqlandım.
Seçicilərin qaldırdıqları bir sıra məsələlər vardı ki, onların bəzilərinin həlli ilə bağlı artıq uyğun strukturlarla əlaqə saxlanılıb. Onu da deyim ki, Şıxlı və Aşağı Zeynəddin camaatının dövlətimizin işğaldan azad olan torpaqlarımızda aparılan quruculuq işlərinə, müdafiə və təhlükəsizliyə nədən belə böyük diqqət və vəsait ayırmasının səbəblərini çox gözəl dərk etdiklərini görməkdən məmnunluq duydum".