Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində
11 Dekabr 2024 17:32 SosialBakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) dekabrın 11-də Heydər Əliyev Mərkəzində olublar.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar Mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.
Lionel Messi və komanda yoldaşları "Azərbaycan xalçası-ilmələrin rəqsi" adlı xalça kolleksiyası, "Klassik avtomobil sərgisi" və digər ekspozisiyalarla tanış olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31