“Vətəndaş A”nın “Vidadi”sinin arxivi üzə çıxdı
11 Dekabr 2024 15:38 Sosial"Vətəndaş A" serialında yaratdığı "Vidadi" mənfi qəhraman obrazından sonra daha da məşhurlaşan aktyor Niyaz İlyasoğlu əsl peşəsi üzə çıxıb.
Olaylar bildirir ki, sənətçinin bundan əvvəl meyxanaçı kimi fəaliyyət göstərdiyi məlum olub.
Niyazın illər əvvəl "Space" kanalında yayımlanan "De gəlsin!" adlı meyxana müsabiqəsində iştirak etməsinin videosu sosial şəbəkədə yayılıb.
Görüntülərdə N.İlyasoğlunun yarışmada həmkarı Rüfətlə meyxana dəyişməsi yer alıb.
Qeyd edək ki, N.İlyasoğlu həmkarı Könül Şahbazova ilə ailədiri və onun bir qız və bir oğlan övladı var. (OLAY)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31