Sabah hava necə olacaq?
10 Dekabr 2024 13:27 SosialBakıda və Abşeron yarımadasında dekabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8°, gündüz 9-12° olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7°, gündüz 8-13°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31