Pensiyalarla bağlı YENİLİK: Fondlar yaradılır - Rəsmi AÇIQLANDI
10 Dekabr 2024 10:59 SosialAzərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, "Qeyri-dövlət pensiya fondları haqqında" Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır./APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31