Üç gün leysan olacaq - XƏBƏRDARLIQ

Dekabrın 6-si axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan olacağı gözlənilir.

Olaylar xəbər verir ki, Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.

Dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan, Quba-Qusarda leysan olacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31