MİDA-dan evi necə "udmaq" olar? - AÇIQLAMA

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzil seçimi keçiriləcək.

Bəs seçimlər zamanı nələrə diqqət etməliyik? 

Məsələ ilə bağlı Milli.Az-a bloqer texno-jurnalist Fərid Pərdəşünas bildirib ki, iştirakçıların prosesi daha uğurla başa vurması üçün bir sıra vacib məqamlara diqqət yetirməsi tövsiyə olunur.

"Seçim zamanı sürətli və stabil internet bağlantısı vacibdir. Ən azı 25-30 Mbps sürət təmin edilməlidir. Bununla yanaşı, yüksək emal gücünə malik kompüter və ya noutbuk istifadə etmək məsləhətdir. Məsələn, Apple M1 və ya Intel Core 12-ci nəsil prosessorları olan cihazlar daha effektiv olacaq. "Touchpad" əvəzinə maus istifadə etmək tövsiyə edilir və mausun sürüşmə sürətini əvvəlcədən tənzimləmək lazımdır.

Seçim zamanı tələb olunan bütün sənədlər - şəxsiyyət vəsiqəsi, kalkulyator və seçim tarixi əlinizin altında olmalıdır. Həmçinin, seçimin başlamasına 15 dəqiqə qalmış hesabınızı yoxlamaq və səhifəni yeniləmək məsləhət görülür.

Həyəcanlanmamaq və tələsməmək vacibdir. Seçim interfeysində bəzi fərqliliklər olsa da, bu bütün iştirakçılar üçün eynidir. Əsas məqsəd tapşırığı ilk dəfədən düzgün anlamaq və dərhal icra etməkdir.

İştirakçılar beynin reaksiya və klik sürətini artırmaq üçün öncədən məşq edə bilərlər. Müxtəlif onlayn alətlər bu bacarığın inkişafına kömək edə bilər".

MİDA seçimlərində iştirak edənlərə uğurlar arzulayırıq!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31