Jalə Əhmədovaya yüksək vəzifə verildi

Sabiq deputat Jalə Əhmədovaya yeni vəzifə verilib.

Olaylar xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, J.Əhmədova Milli Məclisin VI çağırış deputatı olub. O, həmçinin Dünya Alpaqut Federasiyasının Prezidentidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31