Azərbaycanda ilk dəfə İİV-infeksiyası 37 il əvvəl aşkarlanıb- ÖZƏL

"Digər region ölkələrlə müqayisədəAzərbaycanda İİV infeksiyası iləxəstələnmə göstəricisi olduqca aşağıdır". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib: "Respublika Səhiyyə Nazirliyinin daim nəzarəti sayəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən aparılan məqsədli fəaliyyət ölkədə İİV-infeksiyasının yayılmasını illər ərzindətəmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək, yəni 37 il ərzində, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 10 min 108 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 7026-sı (69,5%) kişi, 3082-si (30,5%) qadınlardır. Əlavəolaraq bildirilir ki, ölkəmizdə tətbiq olunan İİV-ə yoluxmuş şəxslərin aşkarlanmasıstrategiyası UNAİDS tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31