Bakıda bu ərazilərdə qaz kəsiləcək

Bakıda bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun İ. Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 03.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, təmir işləri aparılan müddətdə Nizami rayonu üzrə B.Nuriyev 37, 41 küçələrinin və Q.Qarayev prospekti 93, Nərimanov rayonu üzrə isə İ.Həsənoğlu və Təbriz küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31