AYNA tərəfindən paytaxtın müxtəlif ərazilərində parklanma yerləri təşkil edilib
2 Dekabr 2024 14:07 SosialAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində parklanma yerləri təşkil edilib.
AYNA-dan Olaylar-a bildirilib ki, Neftçi Qurban, Dilarə Əliyeva, Sülh, Nizami, İsmayıl Məmmədov, Nizami İsmayılov küçələrində, Bülbül prospektində və "4 saylı ASAN Xidmət" mərkəzi yaxınlığında yerləşən ərazilərdə parklanma yerləri təşkil edilib.
"Məqsədimiz hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmaqdır",- deyə qurumdan əlavə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31