Valideyinin hansı halda əmək pensiyası hüququ yaranır?- ÖZƏL

"Qanunvericiliyə əsasən ata, ana, ər, arvad orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısnı itirməyə görə əmək pensiyası hüququ vardır". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib: "Ola bilər ki, şəxs orqanizmin funksiyalarının 61-80% pozulması səbəbindən ailə başçıısnı itirməyə görə əmək pensiyası alsın, onun əlilliyi yenidən qiymətləndirilsin və orqanizmin funksiyalarının 31-60 % pozulmasına görə əlillik təyin edilsin. Bu halda onun yenidən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31