Vəfat etmiş şəxsin pensiyasının yığım hissəsində olan vəsait varisləri arasında bölünə bilər- ÖZƏL

Son vaxtlar vəfat etmiş şəxslərin pensiyalarının onun varislərinə verilməsilə bağlı ən müxtəlif fikirlər irəli sürülməkdədir. Bəs, qanunvericilikdə bu məsələ hecə həllini tapır, vəfat etmiş şəxsin fərdi şəxsi hesabın sığorta hissəsində qeyd olunmuş pensiya kapitalı ailə üzvlərinə verilirmi? "Olaylar" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, qanunvericilik buna yol vermir: "Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində deyil, yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31