"Qadın zorakılığına yox deyək!" adlı tədbir keçirilib

Noyabrın 28-də Atatürk Mərkəzində "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası  çərçivəsində  "Yaşıl dünya naminə həmrəy olaq - Qadın zorakılığına yox deyək!"
mövzusunda konfrans təşkil edilib. 
"EMEDIA GROUP" Media qurumunun  təşəbbüsü ilə cəmiyyət üçün daha bir vacib mövzu ictimaiyyət nümayəndələrinin nüzakirəsinə təqdim edilib. 
Tədbirdə  dövlət, və QHT və media sektorunun, nümayəndələri, millət vəkilləri, incəsənət xadimləri iştirak ediblər. Dövlət qurumlarının nümayəndələrinin  statistika xarakterli çıxışları dinləndikdən sonra müzakirələr aparılıb.
Konfrans  iştirakçıları bütün dünyada  hələ də qadın və qızlara qarşı zorakılıq hallarının baş verdiyini, onların hüquqlarının fərqli formada pozulduğunu təəssüflə vurğulayıblar. Əməkdar jurnalist Mətanət Ağamirlinin moderatorluğu ilə keçirilən  müzakirələrdə çıxış edən natiqlər Azərbaycan qadınlarının tarixdə qalan izlərinə, bu gün əldə etdikləri uğurlardan bəhs ediblər. 
Şərqdə qadınlara ilk seçki hüququ verilən dövlət məhz Azərbaycan olduğunu xatırladaraq bu
isiqamətdə dövlətin həyata keçirdiyi siyasətlə bağlı fikirlərini bölüşüblər. Bu istiqamətdə ailə institutunun, ailələrin, təhsil sektorunun  böyük məsuliyyət daşıdığı qənaəti vurğulanıb. Eyni zamanda ictimaiyyətin fəal təmsilçilərinin, media nümayəndələrinin bir araya gələrək bu kimi diskussiyalarım, tədbirlərin keçirilməsinin vacibliyi qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31