MİDA Suraxanıda beş çoxmənzilli yaşayış binası tikəcək – 30 milyon manatlıq layihə
28 Noyabr 2024 10:13 SosialMənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində beş ədəd çoxmənzilli yaşayış binası tikəcək.
Olaylar xəbər verir ki, Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı agentlik hazırlıqlara başlayıb.
Belə ki, binaların 2,31 ha torpaq sahəsində tikilməsi planlaşdırılır. Bununla yanaşı, ərazidə mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.
MİDA sözügedən işlərin icrasının 30.087.079,22 AZN-ə (30 milyon 87 min 79 manat 22 qəpik) başa gələcəyini proqnozlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31