ƏƏSMN ilə MM arasında 6 mindən çox sənəd dövriyyəsi olub

2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Milli Məclis (MM) arasında 6 mindən çox sənəd dövriyyəsi olub. "Olaylar" xəbər verir ki, bunu nazir Sahil Babayev MM-in bu gün keçirilən plenar iclasında bildirib: "Bu ilin 10 ayında isə həmin rəqəm 5 087 olub". S.Babayev deyib ki, bu ilin 9 ayında nazirliyin göstərdiyi elektron xidmətlərin sayı 400 milyonu keçib: "Bunun da 15 %-i və yaxud 60 milyonu vətəndaşlarımızla, qalanı isə biznes və dövlət qurumları iləbağlı olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31