Qan Bankında verilən analizlərin cavabları niyə gecikir? - RƏSMİ AÇIQLAMA
26 Noyabr 2024 12:49 SosialSosial şəbəkələrdə Respublika Qan Bankında verilən analizlərin cavablarının gecikməsi ilə bağlı iddialar yayılıb. Məlumata görə, nəticələr 10 gündən çoxdur ki, açıqlanmır.
Olaylar xəbər verir ki, Sfera.az məsələ ilə bağlı Respublika Qan Bankı ilə əlaqə saxlayıb.
Respublika Qan Bankından verilən məlumata görə, gecikmələr müəyyən texniki səbəblərdən baş verib.
"Yaranan vəziyyətlə bağlı Səhiyyə Nazirliyi məlumatlandırıldıqdan sonra məsələ həllini tapıb. Dekabr ayının əvvəli problem tam aradan qaldırılacaq", - cavabda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31