Günəşdə güclü partlayış
18:39 Sosial25 noyabr tarixində günəşdə partlayışlar qeydə alınıb.
Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
"Noyabrın 25-də Moskva vaxtı ilə saat 10:42-də (Bakı vaxtı ilə 11:42) rentgen diapazonunda M9.4 (N21E89) partlayışı qeydə alınıb. Partlayış 34 dəqiqə davam edib", - məlumatda bildirilir.
Bundan əlavə, həmin gün M1.1 və M1.8 gücündə daha iki partlayış baş verib.
Qeyd edək ki, günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən minimal sinif olan A0.0 Yer orbitində kvadrat metrə 10 nanovatt gücündə şüalanmaya uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31