Xəzərdə suyun səviyyəsinin azalması ölkə ərazisini böyüdəcək? - VİDEO
10:20 SosialXəzər dənizində suyun çəkilməsi nəticəsində Azərbaycanın sahilboyu əraziləri genişlənir və ölkənin quru sahəsi artır.
Olaylar.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində ekoloq Ənvər Əliyev deyib. Onun sözlərinə görə, suyun çəkilməsi ilə dənizdən quruya çıxan yeni ərazilər sahil xəttini dəyişir.
Ekspert deyir ki, yeni yaranan torpaqların keyfiyyəti və istifadəyə yararlılığı tam araşdırılmalıdır.
Ənvər Əliyev onu da bildirdi ki, ərazinin genişlənməsi müsbət məqam kimi görünsə də, suyun azalması ekosistemin balansını pozur. Bu Xəzərdə bioloji müxtəlifliyin azalmasına, su hövzələrinin kiçilməsinə, balıqçılıq sənayesinə ciddi zərərlər vura bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31