AYNA-dan "Bolt"-a XƏBƏRDARLIQ: "Qanunsuzdur"
15 Noyabr 2024 12:56 SosialTaksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eləcə də bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.
Bu barədə Olaylar-a AYNA-dan məlumat verilib.
Qeyd olunub ki, AYNA tərəfindən bununla bağlı ciddi tədbirlər görüləcək.
"Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur".
Xatırladaq ki, noyabrın 13-də redaksiyamıza sərnişinlər müraciət edərək "Bolt" taksi şirkətinin bir gediş haqqını iki dəfə çıxmağa başlaması ilə bağlı məlumat vermişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31