Reklamlar cəmiyyətlərin həyat tərzinə necə təsir edir?

Reklamlar həyatımızın bütün sahələrində geniş şəkildə görünür. Reklam vasitəsilə insanlar öz arzu və istəklərinə istinad edərək məhsul almağa və istifadə etməyə təşviq olunurlar. İnsanlar ehtiyac duyduqları məhsulları reklam vasitəsi ilə alarkən, bəzi reklamlar onlara ehtiyacı olmayan məhsulları da almaq istəyi verir. Bu səbəbdən bir çox mütəxəssis reklamların müəyyən bir nəzarət çərçivəsi daxilində aparılmasını tövsiyə edir. Reklamlar insanlar üçün stimul rolunu oynayır. Reklam insanların estetik və gözəllik istəklərini aktivləşdirir və reklam edilən məhsullara sahib olduqda insanların daha xoşbəxt olacağını vurğulayır. 
Məlumdur ki, reklamların insan psixologiyasına ciddi təsiri var. Hər nə qədər bunların yaxşı, müsbət tərəfləri olsa da, mənfi tərəfləri də var. Çünki bəzən insanlar ehtiyac duymadıqları məhsulları onlara ehtiyac duyduqları kimi göstərərək almağa məcbur edirlər.
Hər kəs kimi olmaq və başqaları tərəfindən qaçırılmamaq üçün gördüyü hər yeni məhsulu almaq istəyən istehlakçılara təsir edən reklamlar insanların ehtiyaclarına uyğun deyil, brend məhsullar almasına səbəb olur. Bu vəziyyət qənaətcil olmamağa və istehsal əvəzinə yalnız istehlaka yönəlməyə səbəb ola bilər. Reklamların insanlara təsiri insanlarda əsas daxili impulsların oyanması və aktivləşdirilməsi və təsirə məruz qalması nəticəsində davranışların formalaşdırılması şəklindədir. Əsas instinktlərin oyanması və ortaya çıxması bütün insanlarda eyni şəkildə baş verir. İnsan orqanizminin stimullaşdırıcı növünə reaksiyaları insandan insana fərqli təsir və reaksiyalara səbəb ola bilər. Çünki hər bir insanın istəkləri, ambisiyaları və ehtiyacları, eyni stimullara reaksiyaları fərqli ola bilir. Reklamların əsas daxili impulslara təsiri də çox mühüm və böyükdür. Əsas daxili impulslar, instinktlərdən fərqli olaraq mənbəyi, intensivliyi, harada və necə yarandığı məlum olan bütün insanlarda normal şəraitdə eyni şəkildə meydana çıxan və görünən impulslardır. Əsas daxili impulslar eyni şəkildə bütün canlılar üçün ümumidir.
Reklamlar vasitəsilə tələbatı artıraraq istehsal artır. İstehsalın artması ilə cəmiyyətdə rifah yüksəlir. Bundan əlavə, reklamlar sayəsində şirkətlər arasında rəqabət mühiti yaranır. Bazar canlanır, məhsul müxtəlifliyi artır, keyfiyyət yüksəlməyə başlayır. İstehlakçının müxtəlif məhsullar arasından seçim etmək imkanı yaranır.
Reklamlar hədəf auditoriyaya müraciət edərək, markaların daha çox satış etmək və daha çox müştəriyə çatmasını hədəfləmək üçün hazırlanmışdır. Bəs reklamlar insanlara necə təsir edir?

Sosial media eksperti Rəşad Əliyev bildirir ki, reklamların əsas məqsədi mal və ya xidmətin istehlakını artırmaqdır:

"Bundan əlavə, reklamlar cəmiyyətlərin həyat tərzinə də təsir edir. Reklamlar cəmiyyətlərdəki inkişaf prosesinə təsir göstərir. Cəmiyyəti sosial və texnoloji sahələrdə maarifləndirən və onun müəyyən bir nöqtəyə çatmasına kömək edən reklam sosial dəyişikliklər prosesini sürətləndirir. Sosial vərdişlərə təsir edir və ailə quruluşuna təsiri diqqəti cəlb edir. Reklam cəmiyyətin iqtisadi sahədəki yeniliklərdən xəbərdar olmasını təmin edir. Cəmiyyəti istiqamətləndirir və məlumatlandırır.
Reklamların məqsədi məhsulu istehlakçıların şüurunda yerləşdirmək və satışını artırmaqdır. Reklam məhsul və ya xidməti haradan və necə əldə etmək və ondan necə istifadə etmək barədə məlumat verən və ictimaiyyəti maarifləndirən bir vasitədir. İstehsalçı şirkətlərə özlərini göstərməyə və bazarda yer qazanmağa imkan verən dəstəkdir.
İnsanlar gündəlik həyatlarında sosial media vasitələrindən olduqca yayqın istifadə edirlər və gün ərzində hər qəbildən olan məlumatları da media vasitəsilə əldə edirlər. Bunu bütün təbəqələrdən, hər yaşdan, hər mədəniyyətdən, bir sözlə, bir-birindən müxtəlif sosial-iqtisadi və ya sosial-mədəni fərqlərə malik olan bütün insanlar edir. Məlum olduğu kimi, sosial media vasiələri, internet mediası bu gün məkandan və zamandan asılı olmayaraq hər kəs üçün əlçatan olan kütləvi informasiya vasitələrindən biridir. İnsanların yaşadıqları ən ucqar yerlərdə belə, ilk əldə etdikləri əşya və ya cihaz mobil telefonlardır. Agentliklər və ya reklam sənayesi bu vəziyyətin fərqindədir və sosial media reklamlarını təsirliliyinə görə ayıraraq, insanların fərqliliyinə, yaşlarına görə təsirinə görə dizayn edərək göstərirlər. Sosial media reklamları müxtəlif növlərdə hazırlana bilər. Bundan əlavə, bu gün bu reklamlarda insanların diqqətini cəlb edə biləcək bir çox elementlərdən istifadə olunur. Amma ümumilikdə promosyonlar əyləncəli cəhətləri ilə tanınır və bu səbəbdən izlənir.
Televiziyalar da reklam nümayişi edib, alıcı kütləsi toplaya bilmək üçün ideal məkandır. Televiziyada da reklam sənayesi yüksək auditoriyaya malik olduğundan promosyonlar daha çox televiziyada yayımlanır. Bu vəziyyət insanlara həm müsbət, həm də mənfi təsir göstərir. İnsanlara müsbət təsir edən televiziya reklamları istehlakçıların şüurlu olmasına və bazarda mövcud olan məhsul və xidmətlər arasından ən uyğununu seçməsinə şərait yaradır. Məhsul və xidmətlərin xüsusiyyətlərini, harada olduğunu, nə üçün istifadə edildiyini və necə istifadə edilməli olduğunu izah edir. Bu, onlara yalnış mesajlar və həqiqi mesajlar arasında fərq qoymağa imkan verir. Şirkətlər müxtəlif yaş və peşə sahibləri üçün promosyonlar hazırlayarkən, yaşadıqları cəmiyyətin mədəniyyətini və bütün strukturlarını təhlil edirlər. Buna baxmayaraq bəzən televiziya reklamları sosial həyata mənfi təsir edən mesajların verilməsinə səbəb ola bilir. Şirkətlər markalar, məhsullar və xidmətlər haqqında təqdimatları ilə hədəf auditoriyanın diqqətini cəlb etmək, unutmamalarını, sevmələrini, satın almalarını, istifadə etmələrini, məhsul və xidmət haqqında müsbət hiss və düşüncələrə sahib olmasını təmin etmək istəyirlər. Buna görə də dizaynlarında çoxlu müxtəlif elementlərdən istifadə edir və hədəf auditoriyanın məhsul və xidməti tanıtımda istifadə olunan elementlərlə eyniləşdirməsini istəyirlər. Fərdlərin cəmiyyətdə rahat və ahəngdar yaşamasını təmin etmək üçün müxtəlif sosial normalar mövcuddur. Məsələn, zorakılıq səhvdir və cinayətdir, cinsiyyət müxtəlif meyarlara görə yaşana bilər, istismar və sui-istifadə yanlışdır və cinayətdir və s. Bir çox elementlər nəzarətə götürülüb və bunların hamısı mədəniyyətin bir hissəsinə çevrilib. Bütün bunlara sosial mədəniyyət, əxlaq və ənənə deyilir. Şirkətlər tərəfindən hazırlanan bəzi dizaynların bu sosial dəyərlərin məhvinə səbəb olacaq mesajlar verdiyi və müxtəlif yaş qruplarında olan insanların bu dəyərlərə zidd yeni dəyərlərə sahib olmasına səbəb olduğu görünür. Bu cür təsirlərlə, bu fərdlərin ictimai həyatlarında onları yanlış yollara sövq edən davranışlar sərgilədikləri görülür".

Sosioloq Mələk Kərimli bildirir ki, reklamların xüsusilə uşaqlara təsirləri ciddi nəzərə alınmır:

"Məlum olduğu kimi reklam çağımızın ən aktiv ünsiyyət proseslərindən biridir. İstehlakçılarla getdikcə rəngarəngləşən və daha sıxlaşan bu tətbiqlər getdikcə daha çox gündəlik həyatın bir hissəsinə çevrilir. İstifadə etdiyi kommunikasiya kanallarının geniş auditoriyaya çatma qabiliyyəti ilə düz mütənasib olaraq reklamın cəmiyyətdə effektivliyi və buna görə də onun istiqamətləndirici gücü xeyli artmaqdadır. Reklamların, xüsusən də uşaqlara təsirləri ciddi nəzərə alınmır.
Uşaqlıq dövrü uşaqların xarici stimullara açıq olduğu və daxil olan bütün məlumatları beyinlərinə yerləşdirə bildiyi dövrdür. Uşaqlar inkişaf dövrlərində ən çox modelləşdirmə yolu ilə öyrənirlər, model götürdükləri ilk insanlar valideynləridir və valideynlər xaricində televiziyada gördükləri personajlar da uşaq üçün nümunə rolunu oynayır. Uşaqların həyatında televiziyanın sıx olması səbəbindən uşaqlar izlədikləri cizgi filmləri və proqramlar arasında reklamlara çox məruz qalırlar. Bu səbəbdən reklam hazırlanarkən uşaqların inkişaf mərhələlərini bilmək və buna uyğun reklamların yayımlanması vacibdir".

Göründüyü kimi, reklam və psixologiya arasındakı bu mürəkkəb əlaqə reklamçılara istehlakçıların davranışlarını daha yaxşı başa düşməyə və reklam strategiyalarını daha effektiv şəkildə yaratmağa imkan verir. Uğurlu reklam kampaniyaları, istehlakçıların duyğularına, düşüncələrinə və davranışlarına xitab edən məzmunla tərtib edilir və beləliklə, istehlakçılara marka ilə dərin əlaqələr qurmağa və arzu olunan davranışları nümayiş etdirməyə imkan verir. Reklam və psixologiya arasındakı mürəkkəb əlaqə o deməkdir ki, reklam strategiyaları təkcə satışları artırmır, həm də brendlərə istehlakçılarla uzunmüddətli, mənalı əlaqələr qurmağa imkan verir.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31