“Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” mövzusunda tədbir keçirilib

COP29-un Yaşıl Zonasının açılış günündə dayanıqlılıq mövzusuna həsr olunmuş tədbir baş tutub. Tədbirdə COP29-un iqlim fəaliyyəti üzrə təşəbbüsləri müzakirə edilib.

Olaylar.az xəbər verir ki, COP29 Sədrliyi tərəfindən təşkil olunmuş panel sessiya "Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları" mövzusuna həsr olunub.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, iqlim dəyişmələri və yaşıl maliyyələşmə üzrə beynəlxalq təcrübəli COP29-un dayanıqlılıq üzrə məsləhətçisi Marina Olşanskaya, "Təmiz Şəhər" ASC-nin İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev, elektrik və elektron istehsal sənayesində zəngin iş təcrübəsinə malik mütəxəssis Rüstəm Qasımov, Yeni Zelandiyadan olan xeyriyyəçi və sahibkar Deyv Rozun iştirak etdiyi müzakirə sessiyasında tullantıların düzgün idarə edilməsi, bərpaolunan enerji həlləri, ekoloji cəhətdən təmiz texnologiyalar, istixana effekti yaradan qaz (İXQ) emissiyalarının azaldılması kimi mühüm mövzulardan danışıblar.

Tədbir COP29-u daha dayanıqlı şəkildə keçirmək məqsədi daşıyan təşəbbüsləri müzakirə etmək məqsədilə Azərbaycan və dünyanın hər yerindən dayanıqlılıq sahəsində əsas maraqlı tərəfləri və tərəfdaşları bir araya gətirib. Sessiyada COP29-un müxtəlif dayanıqlılıq tədbirlərinə, o cümlədən tullantıların idarə edilməsi, bərpaolunan enerji həlləri, ekoloji cəhətdən təmiz mobillik, istixana qazı (İXQ) emissiyalarının idarə edilməsi və xalis sıfır karbon emissiyasına nail olmaq səyləri müzakirə olunub.

Sessiyada dayanıqlılıq təşəbbüslərinin ərsəyə gətirilməsi və tətbiqi istiqamətindəki ortaq səylər barədə məlumat verilib. Həmçinin COP29-un daha yaşıl və resurslardan səmərəli şəkildə istifadə edən tədbir kimi həyata keçməsinə necə dəstək vermələri barədə məlumatlandırılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31