Təcili tibbi yardım maşınları COP29 zolaqları ilə hərəkət edə biləcək - AÇIQLAMA

COP29 zamanı daha çox sərnişin axını olan "28 May", "Elmlər" və "Koroğlu" stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək.

Olaylar xəbər verir ki, bunu "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin direktoru Elçin Əmirov deyib.

O bildirib ki, buna səbəb səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir.

"COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb.

"Tibb məntəqələri lazımi bütün avadanlıqlarla təmin olunub. Onu da bildirmək istəyirəm ki, təcili tibbi yardım maşınlarının COP29 zolaqları ilə hərəkəti nəzərdə tutulub", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31