Noyabrın ilk günü hava necə olacaq?
31 Oktyabr 2024 12:59 SosialBakıda və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar-a verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13°, gündüz 15-20° olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11°, gündüz 17-22°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31