Bakıda manyak PEYDA OLDU - tələbə qızları izləyir
29 Oktyabr 2024 09:13 SosialBakıda tələbə qızların şəkillərini çəkərək sosial şəbəkələrdə yayan manyak peyda olub.
Əsasən 61 nömrəli marşrutun dayanacağında rast gəlinən bu şəxs qızların arxasınca düşür, sosial şəbəkə vasitəsilə onları şantaj edir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, iddialarla bağlı qeyd edilən ərazi polis orqanı tərəfindən nəzarətə götürülüb.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31