Bu qidadan çox istifadə xəstəlik yaradır - DİQQƏT!
28 Oktyabr 2024 13:49 SosialŞəkərin həddindən artıq istifadəsi sağlamlığınıza ciddi zərər vura bilər.
Olaylar.az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.
Qeyd olunub ki, artan şəkər istehlakı artıq çəki, diabet, ürək xəstəlikləri və diş problemlərinin yaranma riskini artırır.
"Gün ərzində daha çox su içmək, təbii meyvələrlə şəkəri əvəz etmək və qida seçimlərində daha diqqətli olmaq şəkər istifadəsini azaltmağın effektiv yollarındandır. Bundan əlavə, şəkərin həddən artıq istifadəsi yorğunluğa və dəridə erkən yaşlanmaya gətirib çıxarır", - qurum bildirib.
TƏBİB həmçinin vurğulayıb ki, insanlar şəkərdən istifadə və qidalanma vərdişlərini yenidən nəzərdən keçirməklə uzunmüddətli sağlamlığa nail ola bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31