Bu gün aylıq normanın 30 faizi həcmində yağış yağıb

Oktyabrın 28-i günün birinci yarısında Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağış yağıb. Yağıntının miqdarı 9 mm qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30%-ni təşkil edir.

Olaylar xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31